“Qəbələ”nin mümkün rəqiblərinin duelində sülh
21.07.2022 - 22:55
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin mümkün rəqibləri Moldovada üz-üzə gəlib.
“Petrokub” öz meydanında “Laçi”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşdə qapılara qol vurulmayıb. Növbəti mərhələyə vəsiqənin sahibinin adına Albaniyadakı qarşılaşmada aydınlıq gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsində “Fehervar” – “Qəbələ” və “Petrokub” – “Laçi” cütlərinin qalibləri üz-üzə gələcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0