“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az-ın Macarıstan klubunun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Adam Kovaçik komandasını dəyişib.
“Fehervar” 31 yaşlı qolkiperini icarəyə verib. Macarıstan millisinin sabiq üzvü növbəti mövsümü icarə əsasında ölkənin digər təmsilçisi “Dyor”da keçirəcək. Kovaçik 2015-ci ildən bəri “Fehervar”ın formasını geyinib.
Qeyd edək ki, “Fehervar”la “Qəbələ” arasında iyulun 21-də “MOL Arena Sosto”da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə ayın 28-də Qəbələ şəhər stadionunda olacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ