Qriqorçuk milli üzvünün "Neftçi"də qalmasını istəyir
04.07.2024 - 16:00
Qriqorçuk milli üzvünün "Neftçi"də qalmasını istəyir

Bu yay “Neftçi”dən ayrılacağı gözlənilən Höccət Haqverdi böyük ehtimalla komandada qalacaq. 

Apasport.az saytına verilən məlumata görə, Roman Qriqorçukun gəlişindən sonra onun komandada qalmaq ehtimalı yüksəlib. Hətta müdafiəçiya yeni bir illik müqavilə təklif olunub. 

Əgər tərəflər arasında maliyyə sarıdan da razılıq olarsa, Haqverdi yeni sezona da “Neftçi”də başlayacaq.

Qeyd edək ki, Höccət ötən mövsüm "ağ-qaralar"ın heyətində 28 oyunda iştirak edib.

0