"Quba"nın baş məşqçisi bəlli olub
16.09.2024 - 13:36
Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında "Quba" komandasının məşqçilər heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, ötən mövsüm "Cəlilabad" adı ilə yüksək liqada yarışan komandanın adı "Quba"ya dəyişdirilib.
"Cəlilabad" komandasının məşqçilər korpusu və əksər oyunçuları da "Quba"nın heyətində olacaq.
Şimal təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov olacaq. Zaur Paşayev isə oynayan məşqçisi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.
Qeyd edək ki, "Quba" ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
0
0