“Futbolçularımı təbrik edirəm. Çox intizamlı müdafiə olunan və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Misli Premyer Liqasının II turunun “Sumqayıt”la səfər oyunundan sonra fikirlərini mətbuat konfransında açıqlayıb: “Belə oyunda sonadək tempi saxlamaq və səbrli olmaq çox vacib idi. Sonda hər şey tərəfimizdə oldu. Çox vacib üç xal qazandıq. Həqiqətən də çox əziyyət çəkdilər. Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idilər. “Sumqayıt”a uğurlar arzulayıram”.
Qeyd edək ki, “Sumqayıt” - “Qa”abağ" oyununda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ