“Komandamdan daha yaxşı oyun gözləyirdim. Təəssüf ki, bunu görə bilmədim".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XV turunda “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
50 yaşlı çalışdırıcı matçın ardından komandasının çıxışını dəyərləndirib: “Yaxşı oynamamağımızın səbəbini "Zirə"də görürəm. Matça çox yaxşı hazırlaşmışdılar, uğurlu müdafiə olundular. İkinci səbəbi futbolçuların uzun müddət bir yerdə olmaması, formadan uzaq düşməsi idi. Daha dinamik oyun tələb etmişdim. Amma yenə də xallarımızın üzərinə bir xal gəldi. Qarşıdakı görüşlərə daha yaxşı hazırlaşacağıq".
Qurbanov "Neftçi" ilə növbəti tur matçına tam heyətlə hazırlaşa bilməyəcəklərini söyləyib: "Zədəlilərimiz çox idi. Marko Veşoviç, Marko Yankoviç, Abbas Hüseynov, Leandro Andrade zədəli idi. Veşoviç "Neftçi" ilə matçda da iştirak edə bilməyəcək. Digərlərinin də oynamaq ehtimalı azdır. "Neftçi" ilə "Qarabağ" həmişə qarşılaşanda onlara əlavə motivasiya verməyə ehtiyac olmur. Yenə də çalışacağıq ki, komandaya düzgün motivasiya verək və görüşə tam ciddi hazırlaşaq".
- “Bavariya” Premyer Liqa ulduzunun transferində favoritdir – 70 milyon avroluq futbolçu
- “Xankəndi” üçün tarixi dönüş – Ev oyunları doğma şəhərdə
- “Kəpəz”in futbolçusu zədələnib - 3 həftə oynamayacaq
- Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb