
"Juninyo getmək istəyir".
Apasport.az xəbər verir ki, bunu Misli Premyer Liqasının III turundan təxirə salınmış "Şamaxı" ilə oyundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Juniyonun İspaniya klubuna keçidinin "Qarabağ" üçün problem yaradacağını söyləyib:
"Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Artıq Avropa bazarına çıxmışıq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq".
Qurbanov braziliyalının bu transferə müsbət yanaşdığını bildirib:
"Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Juninyo getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm".
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb
- Azərbaycan millisinin üzvü Avropa yolunda: Razılıq əldə olundu
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO