Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”
03.06.2024 - 13:33
Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasdan sonra Komitənin üzvü Qurban Qurbanov jurnalistlərə açıqlama verib. 

Qurbanov iclasın gündəmi ilə bağlı ümumi məlumat verib: “Ciddi bir yenilik yoxdur. Hər dəfə qarşılıqlı lazım olan işlər barədə müzakirələr gedir. Çünki hələ yeni bir kollektivdir, yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün biz də fikir bildirə bilmirik. Məncə, bir neçə iclasdan sonra futbolun inkişafı üçün hansı addımların atılacağı barədə ətraflı məlumat veriləcək”.

Təcrübəli çalışdırıvı I Liqaya düşən “Qəbələ”yə AFFA tərəfindən yardım ediləcəyini vurğulayıb: “Köməklik olunacaq. Maliyyə tərəfini Sərxan müəllim yəqin açıqlayar. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qorunub saxlanılsın”.

O, bugünkü iclasda milli komandanın baş məşqçisi məsələsi ilə bağlı müzakirələr apardıldığını söyləyib: “Bu barədə yaxın günlərdə qərar veriləcək”.

0