Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir
02.12.2022 - 23:14
Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir

Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Qarabağ” (0:4) matçından sonra Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran baş məşqçi əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Nəticə öz yerində, mənim üçün futbolçuların geri dönməsi, onların yaxşı oyun göstərməsi vacib idi. Yorulanlar çox oldu. Zədəlilər də yəqin ki, olacaq. Komandada yorğunçuluq var. Bu, düşünmədiyimiz nəticələrə gətirib çıxara bilər. Yaxşı oyunla çox vacib 3 xal əldə etdik. Hər iki komandanın yaxşı azarkeş dəstəyi var idi. Uğurlar arzulayıram “Neftçi”yə.

– “Zirə” ilə oyundan sonra demişdiniz ki, futbolçulardan razı qalmamışam. İndi isə deyirsiniz ki, razı qalmışam. Nə dəyişdi qısa zamanda?
– “Zirə” daha yaxşı müdafiə olunurdu. Çoxdan idi komanda birlikdə deyildi. Razı olmadığım o idi ki, təcrübəli futbolçular vacib oyunda özlərini ələ almalıdırlar. Yorğun və hazır olmasalar da. Amma futbolçuları başa düşürəm. Yorğunluq olanda tək əzələ yox, beyinə də təsir edir. Bu gün futbolçularımdan razı qaldım. Yorğunluq məni hələ ki, narahat edir. Sabah bəlkə, 1-2 zədəlimiz olsun. Əvvəlki oyunlardan nəticə çıxarmışdıq, futbolçular yığışmışdılar. Futbolçularımı tanıyıram, hər şeyi başa düşürəm. Belə hallar qarşıda da ola bilər.

– “Neftçi”dən belə zəif çıxış gözləyirdiniz?
– Heç kimə zəif deyə bilmərəm. Bəlkə də mənim futbolçularım bu gün daha yaxşı idilər. Əvvəlki oyunlarda istifadə olunmayan qol epizodlarından istifadə edildi. “Neftçi” həmişə “Neftçi”dir. Bizdə bu gün daha yaxşı alındı, nəinki “Neftçi”də.

– Az müddətdə “Qəbələ” ilə 3 dəfə qarşılaşacaqsınız. Eyni komanda ilə dəfələrlə qarşılaşanda futbolçuları necə motivasiya edirsiniz?
– Hər bir komandamıza qarşı oynamaq xoşdur. Lap 10 dəfə oynayaq. Amma 3-4 gündən bir eyni komandaya qarşı oynayanda futbolçuları motivasiya etmək asan olmur. Belə hallar dəfələrlə olub. Yaxşı tərəfi də olub, bizim üçün yaxşı olmayan tərəfi də.

– Maksim Medvedev sağ cinahda özünü necə göstərdi?
– Daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada oynamaq asan deyil. Çox məsuliyyətli mövqedir. Oyundan əvvəl danışmışdıq. Uzun müddət zədəli idi, oyun təcrübəsi az idi. Ondan razı qaldım. Daha yaxşı Maksim görmək istəyərdik.

– Ramil Şeydayev çox qol epizodu yaradırdı. Amma hamısından istifadə edə bilmirdi…
– Bir dəfə fərqləndi. Qapıçı çox yaxşı oynadı. Ramilin borcudur ki, qol epizodlarına girsin, şərait yaratsın, istifadə etsin. Çox çalışdı.

0
DİGƏR XƏBƏRLƏR
Loading...