Qurban Qurbanov qrup mərhələsinin püşkünü dəyərləndirdi
26.08.2022 - 18:37
Qurban Qurbanov qrup mərhələsinin püşkünü dəyərləndirdi

"İddialı bir qrupa düşmüşük".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Çalışdırıcı tezliklə rəqiblər barədə məlumat toplayacaqlarını söyləyib: "Birbaşa görünür ki, hər bir komandanın böyük şansı olacaq. "Frayburq", "Nant" "böyük beşlik" ölkələrində çıxış edir. "Olimpiakos" da həmişə iddialı olub. Rəqiblərlə yaxın günlərdə tanış olacağıq. Onlara yaxından bələd olmaq, hər birinə qarşı düzgün hazırlaşmaq üçün maksimum çalışacağıq. Əgər istənilən komanda üzərində yaxşı nəticə əldə etmək şansımız varsa, bundan maksimum istifadə edəcəyik. İnanıram ki, bizi qarşıda çox maraqlı oyunlar gözləyir. Fərqli oyun sistemlərinə qarşı çıxış edəcəyik. Onlara qarşı yaxşı oyun sərgiləmək üçün futbolçularımla birlikdə əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək. 

0