Qurbanov yüksəlişdə, Regekampf gerilədi
17.09.2022 - 11:44
Qurbanov yüksəlişdə, Regekampf gerilədi

Avrokubokların qrup mərhələsinin II turundan sonra dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ karyerasını davam etdirən 500 mütəxəssis daxil edilib.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xalla planetin 211-cidir. 

50 yaşlı mütəxəssis son cədvəldəki yerini 8 pillə yaxşılaşdırıb. Bu irəliləyiş Laurentsiu Regekampfa yaxınlaşmaq imkanı verib. Hazırda iki mütəxəssisi 33 pillə ayırır.
 
Ölkəmizdə çalışan legioner məşqçilərdən yalnız biri “Top-500”ə düşüb. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 1627 xalla 179-cudur. 

Rumıniyalı ötən siyahı ilə müqayisədə 5 xal itirib. Nəticədə Regekampf 17 pillə geriləyib.
 
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncülüyü ələ keçirib – 2063 xal.

0