Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda karyerasını davam etdirən 500 mütəxəssis yer alıb.
Ən yaxşılar sırasında Azərbaycan klubları iki məşqçi ilə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 169-cudur. Rumıniyalının hesabında 1639 xal var. O, son bir ayda bir addım geriləyib.
Qurban Qurbanov 1595 xala malikdir. “Qarabağ”ın baş məşqçisi dünyanın 218-cisidir. 50 yaşlı mütəxəssis son bir ayda 8 pilləlik sıçrayışla irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2201) başçılıq edir. Yurgen Klopp (2129) ikinci, Antonio Konte (2091) üçüncüdür.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ