Radoslav Muravski “Qarabağ”a məğlubiyyəti biabırçılıq adlandırdı
13.07.2022 - 00:00
Radoslav Muravski “Qarabağ”a məğlubiyyəti biabırçılıq adlandırdı

“Bakıya gələndə bilirdik ki, doğma divarlar arasında çox keyfiyyətli komanda ilə qarşılaşacağıq. Ona görə də görüşdə “Qarabağ”ın üstün olacağı proqnozlaşdırılan idi”. 

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Lex” klubunun futbolçusu Radoslav Muravski deyib. 

28 yaşlı polşalı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları görüşü şərh edib. O bildirib ki, öz səhvlərinin qurbanı olublar: “Bununla belə, ilk dəqiqədə qol vurduq və göstərdik ki, müdafiədə oturmaq fikrində deyilik. İkinci hissədə isə oyuna nəzarəti itirdik, qeyri-dəqiq ötürmələr etdik, sadə səhvlərə yol verdik. Bu, çox üzücüdür. Çünki qolları öz səhvlərimizdən buraxdıq. Təəssüf ki, 1:5 hesablı məğlubiyyəti biabırçılıq adlandırmaq olar. Bu bizim başımıza gəlməməli idi”.

Qeyd edək ki, “Lex” evdə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıdakı məğlubiyyətdən sonra Çempionlar Liqası ilə vidalaşıb və mübarizəni Konfrans Liqasında davam etdirəcək.  

0