“Qrupumuz daha asan, eyni zamanda nisbətən çətin ola bilərdi”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Azərbaycan yığmasının yer aldığı F qrupuna düşmələrinə münasibət bildirən 64 yaşlı almaniyalı mütəxəssis Belçikanı favorit adlandırıb: “Belçika favoritdir. Lakin bizim məqsədimiz bu qrupdakılar da daxil olmaqla bütün rəqibləri məğlub edə biləcək qədər inkişaf etməkdir. Eyni zamanda Avropa çempionatının final mərhələsinə vəsiqəni hədəfləyirik. Buna nail olmaq üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Seçmə mərhələyə gələn ilin martında start veriləcək.
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- "Sabah"ın hücumçusu əməliyyat olunub