“Neftçi”ni çoxdan izləyirik. Çox yaxşı komandadır. Kompakt və təşkilatlanmış oyun göstərir”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriya klubu “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə Bakıda keçiriləcək ilk oyun ərəfəsində təşkil olunan mətbuat konfransında çıxış edib.
43 yaşlı mütəxəssis sabahkı qarşılaşma barədə danışıb: “Bakı da çox gözəl şəhərdir. Bilirik ki, çox çətin olacaq. III təsnifat mərhələsinə asan komanda düşmür. Çox konsentrasiyalıyıq”.
Mütəxəssis “Neftçi” barədə də danışıb: “Rəqibin nəyə qadir olduğunu bilirik. Çalışacağıq ki, bunun qarşısını alaq. “Neftçi”nin çox yaxşı keyfiyyətləri var. Düşünmədən addımlar atır. Onlara imkan vermək olmaz. Buna qarşı yaxşı hazırlaşmışıq. Rəqib effektli ola bilər”.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ