“Real” Raulu göndərdi
12.09.2022 - 16:12
“Real” Raulu göndərdi

“Real”ın yetirməsi Tomas de Raul karyerasını “Rayo Valyekano”da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, hazırda “Espanyol”a məxsus olan 27 yaşlı hücumçu 12 milyon avroya transfer olunacaq.

Madrid təmsilçisi onun transfer hüquqlarının 70 faizinə yiyələnəcək. 2020-ci ilin yanvarında Barselona təmsilçisinə keçən forvard cari mövsümdə meydana çıxmayıb.

Qeyd edək ki, futbolçunun keçidi ilə bağlı danışıqlar qalmaqalla əlamətdar olub. “Rayo Valyekano”nun prezidenti hüquqşünaslardan birinə yumruq atarkən zərbə futbolçunun agentinə dəyib. O da prezidentin yumruğunu cavabsız qoymayıb.
 

0