Regekampf irəlilədi, Qurbanov mövqeyini itirdi
13.08.2022 - 11:42
Regekampf irəlilədi, Qurbanov mövqeyini itirdi

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda karyerasını davam etdirən 500 mütəxəssis yer alıb.

Ən yaxşılar sırasında Azərbaycan klubları iki məşqçi ilə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 161-cidir. Rumıniyalının hesabında 1648 xal var. O, son cədvəllə müqayisədə 8 addım irəliləyib.

Qurban Qurbanov 1595 xala malikdir. “Qarabağ”ın baş məşqçisi dünyanın 219-cusudir. 50 yaşlı mütəxəssis son ayarımda 1 pillə geriləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2204) başçılıq edir. Yurgen Klopp (2124) ikinci, Antonio Konte (2094) üçüncüdür.

18