Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni sezona “Hayduk”da başlaya biləcəyi gözlənilir. Split təmsilçinin Renatı transfer edəcəyi iddia olunur.
Apasport.az saytına verilən məlumata görə, Xorvatiya klubu Renat üçün “Qrasshopper”ə artıq rəsmi təklif də göndərib. Belə ki, İsveçrə təmsilçisi Dadaşov üçün qarşı tərəfdən 1 milyon avro tələb edir.
Xorvatiya klubunun baş məşqçisi Cennaro Qattuzo da Renatı sərəncamında görmək istəyib. Hazırda tərəflər arasında danışıqlar gedir və qarşıdakı bir həftə ərzinə yekun qərar veriləcək.
Renatın “Qrasshopper”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama