Renat Dadaşovun “Qrasshopper”ə keçmə səbəbi açıqlandı
13.07.2022 - 09:21
Renat Dadaşovun “Qrasshopper”ə keçmə səbəbi açıqlandı

“Ötən mövsüm “Tondela”da icarə əsasında oynamaq Renat Dadaşov üçün ciddi zədəni sağaltmaq və oynamağa hazır olduğunu sübut etmək baxımından vacib idi. O da bunu göstərdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Vulverhempton”un marketinq meneceri Mett Cekson Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Qrasshopper”ə transferinə münasibət bildirərkən deyib.

Klub rəsmisi gənc forvardın İsveçrə klubuna keçidini belə əsaslandırıb: “Düzdür, “Tondela” üçün uğursuz mövsüm alındı, komanda elitada qala bilmədi. Amma Dadaşov orada pis təsir bağışlamadı. Öz nöqteyi-nəzərindən oynaya biləcəyini göstərdi. Onun mümkün olan ən yaxşı gələcəyə sahib olduğuna əmin ola bilərik. “Qrasshopper” karyerasını inkişaf etdirməsi və iki klub arasındakı əlaqələrin daha da möhkəmləndirməsi üçün bunun parlaq fürsət olduğunu hiss etdik”.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshopper”lə 2+1 illik müqavilə imzalayıb.
 

0