Rəşad Sadıqov baş məşqçi kimi 50-ci qələbəsini qazanıb
27.05.2024 - 12:19
Rəşad Sadıqov baş məşqçi kimi 50-ci qələbəsini qazanıb

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 50-ci qələbəsini qazanıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXVI turuna təsadüf edib.

42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçisi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş R.Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.

0