“Zirə” legioneri ilə bağlı qərar qəbul edib.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi heyətinə daha bir mərkəz müdafiəçisi cəlb edəcək. Buna səbəb isə Stefan Akkanın mümkün ayrılığıdır.
Belə ki, 34 yaşlı kot D-ivuarlı olan müdafiəçinin “Zirə”dən göndəriləcəyi gözlənilir. Onun əvəzinə isə komandaya başqa legioner müdafiəçinin cəlb olunacağı ehtimal edilir.
Akkanın “Zirə” ilə müqavilə müddəti 2024-cü il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustun 1-də komandaya cəlb edilmişdi.
O, buna qədər “Universitatya Krayova”, “Erzurumspor”, “Kiryat-Şmona”, “Netz Tsiona” komandalarında oynamışdı.