Rəşad Sadıqov: “Kəpəz” fərqlənsə, oyun fərqli məcrada keçəcəkdi”
28.09.2024 - 19:20
Rəşad Sadıqov: “Kəpəz” fərqlənsə, oyun fərqli məcrada keçəcəkdi”

Misli Premyer Liqasının VIII turunun “Zirə” - “Kəpəz” matçından (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. "Sabah"ı 2:0 hesabı ilə məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. Rəqib bizə çoxlu pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu. İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibət ilə təbrik edirəm.

- Salifu Sumanın dəyişikliyi nə ilə bağlı idi?
- Onun dəyişilməsi sarı vərəqə ilə bağlı idi. Futbolçuya yaraşmayan vərəqə oldu. Ondan sonra rəqibin futbolçuları ilə 1-2 epizodda mübahisə etdi. Bilirik ki, provakasiyaya gedən futbolçudur. Ona görə də, fasilədə onu dəyişdik.

0