Rəşad Sadıqov onları bağışladı
04.10.2022 - 16:48
Rəşad Sadıqov onları bağışladı

“Zirə”də müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovla bağlı yeni qərar verilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki oyunçu yenidən əsas komandaya qaytarılıb.

Baş məşqçi Rəşad Sadıqov bir müddət əvvəl əvəzedici heyətə göndərdiyi futbolçularla bağlı fikrini dəyişib. O, Təmkinlə İlkini bağışlayaraq əsas heyətə qaytarıb və Premyer Liqanın növbəti matçlarında iştirak edə bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən oyunçular transferə çıxarılmışdı.
 

0