Rəşad Sadıqov onları "Zirə"yə gətirir - ÖZƏL
24.09.2024 - 15:17
Rəşad Sadıqov onları "Zirə"yə gətirir - ÖZƏL

Bu mövsüm də avrokuboklara iddia edən “Zirə” heyətini gücləndirmək yönündə işini davam etdirir. 

Apasport.az-ın əldə etdiyi məlumata görə, Rəşad Sadıqov “Səbail”in yarımüdafiəçisi Rüfət Abdullazadəni sərəncamında görmək istəyir.

Hazırda “Səbail”in aparıcı üzvü olan futbolçunun xidmətində maraqlı olan tək klub “Zirə” deyil. Lakin qəsəbə təmsilçisi mövsümün sonunda onu heyətinə qatmaq üçün addımlar atacaq. 23 yaşlı yarımmüdafiəçinin “Səbail”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, buna qədər isə “Sumqayıt”da oynamışdı.

Həmçinin "qartallar" Səbuhi Abdullazadə ilə də maraqlanır. "Zirə" "Sumqayıt"ın futbolçusunu rənglərinə bağlamaqda qərarlıdır. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
 

0