Rəşad Sadıqovun rekorduna təhlükə
27.06.2022 - 16:14
Rəşad Sadıqovun rekorduna təhlükə

Gələn həftə Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü start götürəcək.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında ölkəmizi “Qarabağ” təmsil edəcək.

Azərbaycan klubları 1997-ci ildə Çempionlar Liqasında debüt edib. Arxada qalan 25 ildə təmsilçilərimizin heyətində qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən “beşlik” müəyyənləşib.

Turnirdəki rekordçu Rəşad Sadıqovdur. “Zirə”nin indiki baş məşqçisi “Neftçi” və “Qarabağ”ın heyətində 37 dəfə Çempionlar Liqası matçına çıxıb.

Onun ən yaxın izləyiciləri Maksim Medvedevlə Qara Qarayev artır bu yay rekordu yeniləyə bilər. İlk “beşlik”də yer alan Riçard Almeyda və Bədavi Hüseynov da digər iki oyunçu kimi yalnız “Qarabağ”la Çempionlar Liqasında ölkəmizi təmsil edib.

1. Rəşad Sadıqov - 37 
2. Maksim Medvedev - 35
3. Qara Qarayev - 34
4-5. Riçard Almeyda - 30
Bədavi Hüseynov - 30

0
Loading...