AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəranda təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda “Lənkəran” “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.
Qeyd edək ki, Respublika turnirinə sabah yekun vurulacaq.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”