“Qrupda altı komanda əvəzinə beş yığmanın olması müsbətdir. Bu yolla gənclərin təcrübə toplamaları üçün təqvimə yoldaşlıq görüşləri əlavə edə bilərik”.
Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Roberto Martines AVRO-2024-ün püşkünün nəticəsini dəyərləndirərkən deyib.
Azərbaycan yığması ilə eyni qrupda yer alacaq belçikalıların çalışdırıcısı əsas rəqiblərini də açıqlayıb. O, qrupunda Avstriya və İsveçi fərqləndirib: “Avstriyanın Ralf Ranqnik kimi təcrübəli baş məşqçisi var. Digər əsas rəqib sayılan İsveç Millətlər Liqasında gözlədiyimiz qədər yaxşı çıxış etmədi. O ki qaldı digər komandalara, Azərbaycan uzaqdadır, bu da özlüyündə bir problemdir. Estoniyanı isə yaxşı tanıyırıq”.
49 yaşlı mütəxəssis final mərhələsinə vəsiqənin asan olmayacağını vurğulayıb: “Avropa çempionatına vəsiqə qazanmaq o qədər də sadə deyil. Dünya çempionatında olmayan Avropa çempionu İtaliyaya nəzər yetirsəniz, nə demək istədiyimi anlayarsınız”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək.
- Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”
- “Turan Tovuz” – “Fənərbaxça” matçının başlama saatı bəlli oldu
- Millimiz Qəbələdə ilk yoxlanış matçını keçirib
- Prezident çempionatla bağlı sərəncam imzaladı
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib