Roman Qriqorçuk: “Bu cür futbola görə hamımız üzr istəməliyik”
15.09.2024 - 20:05
Roman Qriqorçuk: “Bu cür futbola görə hamımız üzr istəməliyik”

Misli Premyer Liqasının VI turunun "Zirə" - "Neftçi" matçından (2:0) sonra "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

- Məğlubiyyətdə həlledici an nə oldu?
Strateji olaraq, ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol oynamaq qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək.

- Fasilədə "Neftçi"nin özünə gələcəyini gözləmək olardı. Amma bu gün 90 dəqiqə ərzində epizodunuz da yox idi. Bu futbolla "Qarabağ"la matçda nə gözləmək olar?
- Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz.

- "Neftçi" hazırda Premyer Liqada ən az top vuran iki komandadan biridir. Hücum xəttindəki səmərəsizliyi nə ilə izah edərdiz?
Hamımız görürük ki, hücuçm xəttində axsayırıq. İstədiyimiz kimi çıxış edir.

- "Neftçi" uduzduqca, sizin də bu komandada karyeranız sona yaxınlaşır?
- Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil.

- Sizcə komandanız "Kəpəz"i udmaq potensialındadır?
- Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Bu gün qol buraxdıq. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilərdi. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var.

0