
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transfer Rafael Quzzonun keçidinə münasibət bildirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis futbolçuya inamını ifadə edib:
“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudur. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdür”.
Qeyd edək ki, "ağ-qaraların" heyətində 6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO