"Cənab Prezident İlham Əliyevin dəstəyini hiss etdik".
Apasport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransı zamanı söyləyib.
O, milli komandamızın çıxışı barədə fikirlərini bildirib:
“Kişilərdən ibarət milli komandamız çətin sınaqdan keçib. Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk. Ayxan Abbasova milli komandada işləmək təklifini qəbul etdiyi üçün təşəkkür edirəm. Millimiz oyun baxımından inkişaf edib. FİFA Seriesdə yığmamızın göstərdiyi əzmkarlıq nəticədə kubok qazanması ilə yekunlaşıb. İnanırıq ki, bundan sonra da tez-tez qələbələr qazanacağıq. Qadınlardan ibarət millimiz də uğurlu çıxış edib. Misli Premyer Liqasında klub sayının 12-ə çatması isə rəqabəti artırıb. “Qarabağ” Çempionlar Liqasında qitənin nəhəng klublarına layiqli müqavimət göstərərək Azərbaycan futbolunda növbəti dəfə tarix yazıb. Bizə bu hissləri yaşatdığı üçün “Qarabağ”a, xüsusilə Qurban müəllimə təşəkkür edirəm. Kişilər arasında U-20 Dünya Çempionatına millimiz ev sahibliyi edəcək. Prezident İlham Əliyevin də dediyi kimi, bu, Avropa və Asiyanı birləşdirən mühüm nailiyyətdir".