Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik”
12.11.2022 - 15:57
Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik”

Rusiya çempionatında oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik” açıqlanıb.

Apasport.az saytının məlumatına görə. “Championat” nəşri rəmzi komandanı müəyyənləşdirib.

“11-lik”də karyerasını davam etdirən 3 oyunçu da yer alıb. Bunlar Azər Əliyev, Filip Ozobiç və Emin Mahmudovdur.

Qapıçı: Dmitri Kramarenko;
Müdafiəçilər: Arif Əsədov, Deni Qaysumov, Emin Ağayev, Azər Əliyev;
Yarımmüdafiəçilər: Filip Ozobiç, Emin Mahmudov, Narvik Sırxayev, Lev Mayorov;
Hücumçular: Vəli Qasımov, Nazim Süleymanov.

0