“Sabah” beynəlxalq turnirin qalibi oldu
06.04.2026 - 14:55
“Sabah” beynəlxalq turnirin qalibi oldu

Antalya şəhərində keçirilmiş "Antalya City Friendship Cup" beynəlxalq futbol turnirinin qalibi olub.

Apasport.az xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda qrup mərhələsində Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) komandalarını məğlub edib.

U-14 yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən "Young Pro" komandasına 3:0 hesabı ilə qalib gələn "Sabah" turniri çempion kimi başa vurub.