"Sabah" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.
İddialara görə, 29 yaşlı futbolçu "Neftçi" ilə anlaşıb.
Qeyd edək ki, oyunçu 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan futbolçu "bayquşlar"ın heyətində ümumilikdə 113 oyun keçirib.
- Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
- Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO