“Sabah” Fransa klubu ilə üz-üzə - YENİLƏNİR
22.10.2025 - 10:56
“Sabah” Fransa klubu ilə üz-üzə - YENİLƏNİR

"Sabah" futbol klubunun 19 yaşadək futbolçuları bu gün UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv səfərdə Fransa təmsilçisi "Nant"la üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.

UEFA Gənclər Liqası
II mərhələ
19:00. "Nant" U19 - "Sabah" U19