"Sabah" İrlandiyada məğlub oldu - Yenilənib
09.08.2024 - 00:38
"Sabah" İrlandiyada məğlub oldu - Yenilənib

Bu gün daha bir təmsilçimiz UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk matçına çıxıb.

Apasport.az xəbər verir ki, “Sabah” səfərdə “Sent Patriks Atletik” (İrlandiya) kollektivi ilə üz-üzə gəlib. 

Dublində keçirilən qarşılaşmada meydan sahibləri minimal hesabla qələbə qazanıb.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

22:45. "Sent Patriks Atletik" - "Sabah" 1:0

Qol: Romal Palmer, 35 - İ. Lepinyiça, 53 (qırmızı vərəqə)

"Sent Patriks Atletik": 94. J. Ananq, 21. A. Syoberq, 5. T. Qrivosti, 4. C. Redmond, 3. A. Breslin, 6. C. Lennon, 8. K. Forrester, 17. R. Palmer, 20, C. Mulraney, 18. A. Keena 26. Z. Elbuzedi

Baş məşqçi: Stefen Kerri

"Sabah": 1. Y. İmanov, 2. A. Seydiyev, 44. S. Çakla, 3. C. İ. İraurqui, 7. B. Letiç, 13. İ. Lepinyiça, 4. E. Camalov, 11. K. Parris, 70. C. Sekidika, 20. C. L. Mikkels, 18. P. Şafranko

Baş məşqçi: Krunoslav Renduliç 

Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)

Dublin, "Tallqat" stadionu

Qeyd edək ki, təmsilçilərimizin cavab matçları bir həftə sonra Bakıda olacaq.

0