Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində ilk yoxlama görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu İsrailin təmsilçisi “Hapoel”lə (Hadera) qarşılaşıb.
Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutan görüşün taleyini 1 qol həll edib. Hadera təmsilçisinin 33-cü dəqiqədə vurduğu qol yeganə olub və “Sabah” İsrail klubu ilə bacarmayıb – 0:1.
Qeyd edək ki, iyulun 31-dək Bolqarısta toplanış keçəcək “Sabah” daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır.
Yoxlama görüşü
20 iyul
“Sabah” – “Hapoel” (Hadera, İsrail) – 0:1
Sofiya. Milli komandaların təlim-məşq bazası
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ