Bu gün Azərbaycan təmsilçisi "Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab oyununa çıxıb.
Apasport.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçın əsas vaxtı 2:5 hesabı ilə başa çatıb. İlk oyunda "Sabah" 3:0 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Burada da komandalar hərəyə 1 dəfə fərqləniblər. Ona görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada "Sabah" "Makkabi"ni 3:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.
"Sabah" 3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
20:00. "Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail) - 3:6, pealtilər seriyası - 3:2
Qol: Pavol Şafranko, 47, Kahim Parris, 71, Coy Lens-Mikels, 103 - Dolev Hazizia, 17, Pyerro, 68, 90, Lorenso Şimiç, 70, Lior Rafaelov, 73, Din David, 112
İlk oyun 3:0
Bank Respublika Arena
"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrasabaqal, 7. Boyan Letiç, 13. İvan Lepinitsa, 8. Ayaz Quliyev, 28. Kaheem Parris, 70. Cesse Sekidika, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko
Baş məşqçi: Krunoslav Randuliç
"Makkabi": 40. Şarif Kayuf, 2, Daniel Sundqren, 44. Lorenco Simiç, 34, Oleksandr Sirota, 27. Pier Kornud, 8. Dolev Haziza, 4. Ali Mohamed, 26. Mahmud Caber, 91. Dia Saba, 9. Frantzdi Pierro, 6. Qadi Kinda
Baş məşqçi: Barak Baxar
- "Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
- Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Azərbaycan derbisinə doğru: Qollar
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb