“Sabah” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü
05.09.2022 - 16:46
“Sabah” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü

“Sabah” Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yarımmüdafiəçi Aleksey Kaşukun icarəsi ilə bağlı razılığa gəlib. 

Apasport.az xəbər verir ki, müqaviləyə əsasən, ukraynalı futbolçu cari mövsümün sonuna kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Kaşuk 2021/22-ci illər mövsümündə də “Sabah”ın uğurları üçün çalışıb. 22 yaşlı yarımmüdafiəçi ötən mövsümdə komandanın heyətində Premyer Liqada 8 oyun keçirib, 2 qola imza atıb.

0