“Sabah” Premyer Liqada 350-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, bu, “Zirə” ilə evdəki qarşılaşmaya təsadüf edib.
Misli Premyer Liqasının XXVII turunun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.
“Sabah” 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.
Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub. “Sabah”ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. “Keşlə” (indiki “Şamaxı”) ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"