“Sabah” xal itirdi, “Qəbələ”dən qələbə - YENİLƏNİB
03.12.2022 - 18:53
“Sabah” xal itirdi, “Qəbələ”dən qələbə - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçirilib.

Apaasport.az saytının məlumatına görə, günün hər iki görüşü erkən qolla başlayıb.

Qəbələdə “Səbail” matçın əvvəlində hesabı açıb. Lakin toparlanmağı bacaran “Qəbələ” əzmkar qələbəni bayram edib. Ülvi İsgəndərov növbəti dəfə meydana sonradan çıxaraq üç xal gətirən qolun müəllifi olub. Bu, bölgə təmsilçisini ən azı bir günlük 4-cü pilləyə daşıyıb.

Bakıdakı görüşdə isə meydan sahibləri hesabı ilk dəqiqələrdə açıb. “Sabah”ın bu qolu qələbə üçün yetərli olmayıb. “Şamaxı” hakimin final fitinə iki dəqiqə qalmış hesaba tarazlıq gətirib. Bu, “Sabah”ın liderdən daha da uzaq düşməsi ilə nəticələnib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

Misli Premyer Liqası
XVI tur
3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail” - 2:1
Qollar:
Feras Abu Akal, 35, Ülvi İsgəndərov, 63 - Kizito Luvaqa, 4
Baş hakim: Rəşad Əhmədov
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
Qəbələ şəhər stadionu

17:00. “Sabah” – “Şamaxı” - 1:1
Qollar: 
Kristian Sebalyos, 2 - Fuad Bayramov, 88
Qırmızı vərəqələr: Kristian Sebalyos - 25, Elçin Mustafayev 76
Baş hakim: Rəvan Həmzəzadə
“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov, 79. Emil Qasımov
Baş məşqçi: Vüqar Əsgərli
“Bank Respublika Arena”

1

Qarabağ

16

14

2

0

44-8

44

2

Sabah

16

12

3

1

32-11

39

3

Neftçi

16

10

2

4

31-19

32

4

Qəbələ

16

7

3

6

20-17

24

5

Zirə

15

7

2

6

16-21

23

6

Turan Tovuz

15

4

4

7

10-19

16

7

Şamaxı

16

2

6

8

14-25

12

8

Səbail

16

2

4

10

13-25

10

9

Kəpəz

15

2

4

9

12-30

10

10

Sumqayıt

15

0

6

9

7-24

6

Bombardirlər: Ramil Şeydayev – 12, Musa Qurbanlı (hər ikisi "Qarabağ") – 11, Emin Mahmudov ("Neftçi") – 9, Coy Lens Mikels ("Sabah") – 7

0