“Sabah”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib
01.06.2025 - 16:57
“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, "bayquşlar" püşkatma mərasimində səpələnməmişlər sırasında yer alacaq.
Paytaxt təmsilçisinin potensial rəqibləri aşağıdakı klublar ola bilər: “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Varşava, Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “ÇFR Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya).
Qeyd edək ki, püşkatma iyunun 17-də, oyunlar isə 10-17 iyulda keçiriləcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0