UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Sabah” ikinci təsnifat mərhələsində Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
Komandanın baş məşqçisi Adino Mustedanaqiç püşkün nəticəsini dəyərləndirib:
“Bizə mümkün rəqiblər arasında ən çətini düşdü. Fransa futbol məktəbi bütün dünyada yaxşı tanınır. “Nant” Fransanın məşhur akademiyalarından biri hesab edilir, iki il əvvəl Gənclər Liqasının yarımfinalçısı olublar. Buna baxmayaraq, rəqibdən çəkinmirik və Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. “Nant”la görüşləri səbirsizliklə gözləyirik. Bu oyunların futbolçularımız üçün böyük bir təcrübə olacağını düşünürəm”.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi