“Sabah”ın baş məşqçisi Murad Musayev cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının VI turunda baş verənlər üzündən cəzaya məruz qalıb. Buna onun “Qarabağ”la matçdakı davranışına görə qırmızı vərəqə alması səbəb olub.
Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb. “Sabah” 800 manat cərimə olunub.
İkinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Abdulaye Ba da bir matçlıq diskvalifikasiya edilib. Ona görə bakılılar 200 manat cərimələnib. “Sabah” 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün daha 800 manat ziyana düşüb.
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” azarkeşləri meydançaya daxil olduğuna görə ağdamlılar 1600 manat ödəyəcək.