"Sabah"ın futbolçusu əməliyyat olundu - 6 həftə sonra məşqlərə qayıdacaq
26.09.2025 - 14:36
"Sabah"ın futbolçusu əməliyyat olundu - 6 həftə sonra məşqlərə qayıdacaq

“Sabah”ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.

Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.