“Sabah”ın istədiyi futbolçu Rusiyanı arzulayır
12.07.2022 - 14:22
“Sabah”ın istədiyi futbolçu Rusiyanı arzulayır

“Sabah”ın uzun müddətdir transfer gündəmində olan Vaqner Lavın oynamaq istədiyi komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun meneceri Evandro Ferreyra bununla bağlı açıqlama verib.

O bildirib ki, 38 yaşlı hücumçu 2004-2011 və 2013-cü ildə formasını geyindiyi Moskva MOİK-inə qayıtmağı arzulayır: “Vaqner həmişə MOİK-ə qayıtmaqda maraqlıdır. Biz bu klubdan dəvət gözləyirik. İndi təkliflərə açığıq”.

Qeyd edək ki, “Midtyulland”dan ayrılan Vaqner Lav hazırda azad agentdir.

0