“Sabah”ın stadionunda işıqlar söndü, oyun dayandırıldı
28.09.2025 - 21:21
Misli Premyer Liqasının VI turunda "Sabah" "Sumqayıt"ı qəbul edib.
Apasport.az xəbər verir ki, matçın gedişində stadionun projektorunda problem yaranıb.
Oyunun 29-cu dəqiqəsində "Bank Respublika Arena"da işıqlar sönüb. Nəticədə matç dayandırılıb.
Bir müddət sonra işıqlar yanıb və oyun qaldığı yerdən davam etdirilib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0