
"Sabah"ın yeni transferi, Qazaxıstan millisinin üzvü Stas Pokatilov Masazır təmsilçisinə keçidindən danışıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı qolkiper paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında "Sabah"a gəldiyi üçün xoşbəxt olduğunu bildirib:
"Hamıya salam. Mənim adım Stas Pokatilovdur. Burada olmaqdan çox şadam. Stadionda görüşənədək. Sabah bizik".
Qeyd edək ki, Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”