"Şahdağ Qusar"dan növbəti transfer
03.09.2026 - 14:44
"Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Azad Əsgərovu heyətinə qatıb.
20 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Azadın son klubu “Səbail” olub.
0
0