“Çətin oyundur. Əlbəttə, rəqibin adı bizə bəllidir. “Benfika” köklü komandadır".
Bu sözləri Apasport.az saytına açıqlamasında "Səbail"in sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın yetərincə təcrübəsi olduğunu dilə gətirib: “Qarabağ” da artıq püxtələşib, Avropada yetərli təcrübəni toplayıb. Ağdamlılar daim Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasında çıxış edir. Hər iki komanda hücumameylli futbol oynayır, topu özündə saxlamağa çalışır. Düşünürəm ki, bolqollu oyun olacaq. Həm “Qarabağ”, həm də “Benfika” qapılara yol tapacaq. Təmsilçimiz oturuşmuş heyətə malikdir. Portuqaliya klubunda isə müəyyən problemlər var. Lakin onların heyətindəkilər səviyyəli futbolçulardır. Həmin oyunçuların zamana ehtiyacı yoxdur. Rəqibin durumunun yaxşı olmaması, baş məşqçinin gələcəyinin bu matçdan asılı olması şanslarımızı artıracaq. Təmsilçimizə uğurlar arzulayıram".
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"