Şahin Diniyev: “Orda xəstəlik tapmışam”
14.09.2024 - 21:33
Şahin Diniyev: “Orda xəstəlik tapmışam”

Misli Premyer Liqasının VI turunun "Qarabağ" - "Səbail" matçından (2:1) sonra "dənizçilər"in baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. 

"Yaxşı oyun oldu. Azarkeşlər üçün qarşılıqlı hücum şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündür. Komandamızın “Qarabağ”a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadı. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik edirəm. Yüksək səviyyəli təbrik edirəm. Öz komandama təşəkkür edirəm".

- Transferlər gözlənilir?

- Yox. Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq.

- Mütəxəssislər deyir ki, “Qarabağ” digərlərindən bir baş üstündür. Siz də deyirsiz ki, “Qarabağ” kimi komanda olmaq üçün zaman lazımdır. Özünüz də, iki ildir ki, “Səbail”dəsiz...
- Bir klubda səkkiz il işləyə bilərsən, icraçılar olmasa, istəklərinizi həyata keçirə bilməzsiz. Yüksək səviyyəli futbolçuların alınması üçün yaxşı pullar lazımdır. 10 il də komandada ola bilərsən, amma futbolçu önəmlidir. Bu mövsüm 10 hissə yaxşı futbol oynamışıq. Məsələyə qlobal baxaq. Futbolçum olmasa, kimlə düzəldəcəm? Bir futbolçu 90 dəqiqə dayanar, qol vuraq, vəssalam. 

- Gəncəli futbol veteranları sizə də müraciət ediblər. Sosial şəbəkələrdə..
- Orada xəstəlik tapmışam e. İlk dəfədir gəncəlilərdən yaxşı söz eşitdim. Maliyyəyə dayanan məsələlərdir. “Kəpəz”də iki dəfə oynamışam, iki idəfə məşqçi olmuşam. Gəncəlilər uşaq-muşaq deyillər, futbolu bilirlər. Sponsorun tapılması çox vacibdir. Tək federasiya köməyilə komandanı yüksəltmək çətin olacaq.

- Son pillədən sizi 4 xal ayırır. Bunun da gərginliyi var?
- Gərginlik həmişə var. Nəticə bizi sıxır. İnamım çox böyükdür. Uduzursan, oyun yoxdursa, çətindir. Sevindirici haldır ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. 22-23 yaşlı futbolçulardır çoxu. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdur. Burdan da çıxacağıq. "Neftçi", "Zirə", "Qarabağ”la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm ki, düzgün getmir. Nəticələr çox yaxındadır.
 
- A milli və U-21 yığmalarımızın durumları haqda nə deyəcəksiz? Samir Əliyev deyir ki, Premyer Liqa məşqçiləri futbolçuları oynatmırlar...
- Düz deyir. Hamıya bu gün lazımdır. Premyer Liqa komandası oyunçu yetişdirmir. Hər bir məşqçidən nəticə istəyirlər. 3 nəfər yığma üzvləri var. Nə edə bilərik? Bacardığım qədər oynadıram. Samir Əliyevlə razıyam. A milliyə gəldikdə, öz fikrimdən çəkinmirəm. Bütün futbolçuları görməli idi. İki gün məşq edib, iki oyuna çıxdılar. Gördü ki, bu yolu kiminlə gedə bilər. İsveç və Slovakiya ilə pis oynamadıq. Hamıdan üstün tuturuq. İsveç və Slovakiyanı niyə udmalıyıq? İsveçdən çempionatımız, infrastukturumuz üstündür? Niyə udmalıyıq?

0